12:39 / 21-09-2025
Sabah yağış yağacaq
Azərbaycan güləşçisi final görüşünə çıxacaq
Tarix: 21-09-2025 09:59 | Bölmə: İdman
Azərbaycan güləşçisi final görüşünə çıxacaq

Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatına yekun vurulacaq.

Reyting.az
xəbər verir ki, turnirin sonuncu günü Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) final görüşünə çıxacaq.

22 yaşlı idmançı iranlı Səid Esmaili ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşçilərindən daha öncə Ülvi Qənizadə (72 kq) dünya çempionu olub, Eldəniz Əzizli (55 kq) ilə Murad Əhmədiyev isə (97 kq) bürünc medal qazanıblar.(Teleqraf)




Bölməyə aid digər xəbərlər
4-09-2025, 00:18 Millimiz qalib gəlib