Ukraynaya qarşı 5 minədək kubalı döyüşür
Tarix: 06-10-2025 14:20 | Bölmə: Xəbərlər
Ukraynaya qarşı 5 minədək kubalı döyüşür

Hazırda minlərlə kubalı Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak edir.

Reyting.az
"Reuters" agentliyinə istinadla bildirir ki, ABŞ əlindəki sənədlərə istinadla belə bir iddia ilə çıxış edir.

Xatırladaq ki, Dövlət Departamenti hələ 2 oktyabr tarixli daxili teleqramında bildirmişdi ki, Kuba Şimali Koreyadan sonra Rusiyaya ən çox döyüşçü göndərən ölkədir. Daha sonra qeyd olunub ki, onlarda olan məlumata görə, Ukraynada təxminən 5 minə yaxın kubalı döyüşür.

ABŞ rəsmiləri "Reuters"-ə məsələyə dair əlavə məlumat verməkdən imtina ediblər. Amerikalı rəsmilər Kuba vətəndaşlarının öz ölkəsi tərəfindən "Rusiya-Ukrayna müharibəsində alətə çevrilməkdən qoruna bilmədiklərini" deyiblər.

Onu da qeyd edək ki, ukraynalı rəsmilər də son həftələrdə ABŞ Konqresini Rusiyanın kubalıları döyüşə cəlb etməsi barədə xəbərdar ediblər.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər