18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
“Azəriqaz” Vüqar Bayramovun təklifini reallaşdırmağa başlayır
Tarix: 26-09-2020 00:51 | Bölmə: İqtisadiyyat
“Azəriqaz” Vüqar Bayramovun təklifini reallaşdırmağa başlayır

“Seçki kampaniyası dönəmində irəli sürdüyüm platformam üzrə həyata keçiriləcək tədbirlər mərhələli şəkildə reallaşmaqdadır. Təmsil etdiyim Füzuli rayonunda dövlət proqramına uyğun olaraq, rayonun işğaldan azad edilmiş ərazisindəki 39 yaşayış məntəqəsinin hər birinin mavi yanacaqla təmin olunmasına baxmayaraq, rayonun Gecəgözlü yatağı adlanan ərazisində məskunlaşmış 50 ailəyə yaxın məcburi köçkünün yaşadığı evlər, eləcə də Horadiz şəhəri, Məhəmməd Əmin Rəsulzadə küçəsində yerləşən 92 və 93 saylı binalar qazlaşdırılmayıb”.

Reyting.az
xəbər verir ki, bunu Füzuli rayonunu Milli Məclisdə təmsil edən deputat Vüqar Bayramov bildirib.

V. Bayramov qeyd edib ki, adıçəkilən yaşayış məntəqlərinin qazlaşdırılması ilə əlaqədar bir müddət əvvəl “Azəriqaz” İstehsalat Birliyinə deputat sorğusu göndərib. Ötən müddətdə aparılan müzakirələrin nəticəsi olaraq “Azəriqaz” İstehsalat Birliyi Gecəgözlü yatağı adlanan ərazinin, həmçinin Horadiz şəhəri, Məhəmməd Əmin Rəsulzadə küçəsində yerləşən 92 və 93 saylı binaların tezliklə qaz ilə təmin olunacağını bildirib. “Qısa zamanda mavi qaz verilməsi ilə bağlı işlərə başlanılacaq. Sorğumuzu müsbət cavablandırdığına, sakinlərimizin çətinliyinə həssas yanaşdığına görə “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinə təşəkkür edirəm”, - V. Bayramov əlavə edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər