17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Putin: “Dağıstan-Azərbaycan-İran yolunun tikintisi sürətləndirilməlidir”
Tarix: 16-03-2023 18:11 | Bölmə: İqtisadiyyat
Putin: “Dağıstan-Azərbaycan-İran yolunun tikintisi sürətləndirilməlidir”

Azərbaycan ərazisindən keçməklə Dağıstandan İrana yol mümkün qədər tez tikilməlidir, ona həmişə tələbat olacaq. Eləcə də İrandan Hindistana Şimal-Cənub nəqliyyat layihəsinə. Reyting.az REGNUM-a istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin martın 16-da Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının Moskvada keçirilən qurultayında deyib.

Putin bildirib ki, bütün ölkələr hətta mürəkkəb “geosiyasi uyğunlaşmalar” və ziddiyyətlər şəraitində belə, Dağıstan-Azərbaycan-İran marşrutunu çəkməyə razıdırlar.

Putin əlavə edib ki, indi tikintinin sürətini və yekun maliyyə mənbələrini müəyyən etmək lazımdır.

Rusiya lideri sahibkarları Rusiya ilə Hindistan arasında İran üzərindən nəqliyyat əlaqəsini təmin etməli olan Şimal-Cənub dəhlizinin tikintisinə vəsait ayırmağa çağırıb.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}