Gəncədə faciə: ana və iki övladı ölüb
Tarix: 08-03-2021 10:32 | Bölmə: Xəbərlər
Gəncədə faciə: ana və iki övladı ölüb

Gəncə şəhərində dəm qazından ölüm hadisəsi baş verib.

Hadisənin bu gün səhər saatlarında şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alındığı bildirilir.

Belə ki, ana Leyla Məmmədova iki uşağı - Murad Məmmədov və Xədicə Məmmədova ilə birgə hamamda çimərkən dəm qazından zəhərlənərək ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}