19:36 / 07-11-2025
Yaşar Güler Bakıya gəlib
16:45 / 07-11-2025
Tiktoker həbs edilib
Balakəndə 17 yaşlı qızı oğurlayan dəstə üzvləri tutulub
Tarix: 04-11-2025 17:40 | Bölmə: Xəbərlər
Balakəndə 17 yaşlı qızı oğurlayan dəstə üzvləri tutulub

Balakən rayonunda 17 yaşlı qız naməlum şəxslər tərəfindən oğurlanıb.

Reyting.az
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, cinayəti törətməkdə şübhəli bilinən 50 yaşlı Samir Rəhimov, əvvəllər də məhkum olunmuş 26 yaşlı Toğrul Səmədli və 21 yaşlı Nihat Qarayev tutularaq istintaqa cəlb olunublar.

Zərərçəkmiş gizlədildiyi ünvandan polis əməkdaşları tərəfindən aşkar olunaraq ailə üzvlərinə təhvil verilib.

Araşdırmalarla Samir Rəhimovun bir neçə gün əvvəl xarici ölkədən gələrək digər saxlanılanlarla birlikdə xanımı izlədiyi və evlənmək məqsədilə onu oğurladığı müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.




Bölməyə aid digər xəbərlər
Bu gün, 16:45 Tiktoker həbs edilib