Zəngilanda silah-sursat aşkarlanıb -Fotolar
Tarix: 20-10-2021 10:33 | Bölmə: Xəbərlər
Zəngilanda silah-sursat aşkarlanıb

Zəngilanda silah-sursat aşkarlanıb.

Reyting.az
DİN-ə istinadla xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlərlə Vətən müharibəsi zamanı Zəngilanda düşmənin atıb qaçdığı 7 avtomat, 3 pulemyot, 2 qumbaraatan, 42 əl qumbarası, 7 mina və müxtəlif partlayıcı vasitələr, xeyli sayda müxtəlif çaplı mərmi və 60 minə yaxın güllə aşkar edilərək götürülüb və aidiyyəti üzrə təhvil verilib.

Bundan başqa, keçirilən kompleks tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitmiş çəkisi 450 kiloqram olan 1810 ədəd çətənə bitkiləri yığılaraq məhv edilib.







Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}