17:01 / 29-10-2025
Şirvanda zəlzələ olub
Kreml Trampın bəyanatına şərh verib
Tarix: 29-10-2025 18:57 | Bölmə: Xəbərlər
Kreml Trampın bəyanatına şərh verib

“Rusiyanın əsas prioriteti ABŞ prezidenti Donald Trampın Amerika hərbi texnologiyasının üstünlüyü ilə bağlı iddiaları deyil, öz hərbi-sənaye kompleksinin inkişafıdır”.

Reyting.az
xəbər verir ki, bu sözləri “Moskovski Komsomolets” qəzetinə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, Moskva üçün ən vacib diqqətin xarici ritorika deyil, daxili imkanların gücləndirilməsi olduğunu vurğulayıb.

“Biz digər ölkələrin deyil, prezidentimizin bəyanatlarına diqqət yetiririk. Səylərimiz daxili hərbi istehsalın inkişafına və hərbi-sənaye kompleksinin gücləndirilməsinə yönəlib. Bu, bizim əsas prioritetimizdir”, - deyə Peskov əlavə edib.

Daha əvvəl D. Tramp ABŞ-ın hərbi texnologiya sahəsində əhəmiyyətli üstünlüyünü qeyd edib, xüsusən də nüvə sualtı qayıqlarının inkişafını vurğulayaraq Amerikanın digər ölkələrdən xeyli irəlidə olduğunu bildirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər