Lisey və gimnaziyalara şagird qəbulu qaydası dəyişib
Tarix: 28-10-2025 10:10 | Bölmə: Xəbərlər
Lisey və gimnaziyalara şagird qəbulu qaydası dəyişib

2026–2027-ci tədris ili üzrə lisey və gimnaziyalara şagird qəbulu yalnız 7-ci siniflər üzrə aparılacaq.

Reyting.az
nazirliyə istinadla xəbər verir ki, cari tədris ilində 6-cı sinifdə təhsil alan şagirdlər qəbul imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçə biləcəklər.

Qəbul imtahanına dair çərçivə sənədi 2025-ci ilin sonunadək ictimaiyyətə təqdim olunacaq: "Lisey və gimnaziyalara müxtəlif təmayül istiqamətləri üzrə şagird qəbulunun çox erkən yaşlarda deyil, müəyyən baza bilikləri formalaşdıqdan sonra həyata keçirilməsi daha məqsədəuyğun hesab olunur".




Bölməyə aid digər xəbərlər