Baş redaktor saxlanılıb - Əməliyyat
Tarix: 30-10-2025 12:38 | Bölmə: Xəbərlər
Baş redaktor saxlanılıb

Hüquq-müfahizə orqanları “Hurriyyet TV”-də əməliyyat keçirib.

Reyting.az
“Bakupost”-a istinadla bildirir ki, əməliyyat zamanı "Hürriyyət" qəzeti, eyniadlı Hurriyyet.az saytı və "Hurriyyet TV"-nin baş redaktoru Vüqar Məmmədov saxlanılıb.

Qeyd olunur ki, həmçinin "Hurriyyet TV"-nin ofisində axtarış aparılıb, kompüter və bəzi sənədlər götürülüb.

Bu əməliyyatın Ramiz Mehdiyev olayı ilə bağlı ola biləcəyi ehtimal olunur.

Bəzi mənbələr bildirirlər ki, əməliyyatı Dövlət Təhlükəsizliyi Xidməti keçirib.




Bölməyə aid digər xəbərlər