Mənsum İbrahimov: “Efirdə bayağı mahnılar səsləndirilməsin”
Tarix: 14-06-2023 14:49 | Bölmə: Mədəniyyət
Mənsum İbrahimov: “Efirdə bayağı mahnılar səsləndirilməsin”

Xalq artisti Mənsum İbrahimov efirlə bağlı şuranın yaradılmasını təklif edib.

Reyting.az
-ın xəbərinə görə, tanınmış xanəndə “Xəzər axşamı” verilişində deyib ki, buna səbəb efirdə bayağı mahnıların səslənməsidir:

“Bu, çox problemli məsələdir. Televiziyalarda sənətkarlardan və ziyalılardan ibarət ümumi şura yaradılmalıdır ki, efirdə bayağı mahnılar səsləndirilməsin. O zaman keyfiyyətsiz musiqi də olmaz. Keyfiyyətsiz musiqilər insanların zövqünü korlayır. Genefondumuza zərbədir. Gəncliyimizin tərbiyəsinə çox böyük mənfi təsir edir”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}