Professor: ABŞ İranla bağlı planını həyata keçirəcək
SOCAR-a yeni müşavir təyin edilib
İcra başçısı azadlıq mücahidini imperiyanın caynağından xilas etməyə çalışıb
Nazirin qardaşı nazir müavini təyin olunub
Prezident QSC-yə sədr təyin edib - Fotolar
Prezident Ağdərədə görülən işlərlə tanış olub - (Yenilənib) - Foto
Qrenlandiya ABŞ üçün niyə bu qədər əhəmiyyətlidir? - Araşdırma
Beynəlxalq hüququn sonu - Kəramət Qənbərov yazır
İrana hansı ssenari tətbiq olunacaq?
ABŞ Mars yarışında Çinə uduza bilər
"Mercedes-Benz S-Class" yenilənir - Fotolar
Kadırovun səhhəti pisləşib: Kreml Çeçenistan üçün yeni lider axtarışındadır
Tarix: 09-01-2026 12:06 | Bölmə: Mədəniyyət

Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə təsis edilmiş "Üzeyir Hacıbəyli Mükafatı"nın təqdim edilməsi ilə bağlı müsabiqə uğurla yekunlaşıb.
Reyting.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Mədəniyyət Nazirliyi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının birgə təsdiq etdiyi Reqlamentə əsasən müsabiqə iki mərhələdə təşkil olunub.
Reqlamentin tələblərinə uyğun olaraq namizədlərin peşəkar fəaliyyəti, bilik və bacarıqları Ekspert Komissiyası tərəfindən qiymətləndirilib və yüksək göstəricilərə malik iştirakçılar müəyyənləşdirilib.
Müsabiqəyə Bakı şəhəri və respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərində çalışan ümumilikdə 66 müəllim namizəd qatılıb.
Müsabiqənin I mərhələsinin nəticələrinə əsasən seçilmiş iştirakçılar II mərhələyə buraxılıb. Sonrakı mərhələdə Reqlamentə uyğun olaraq Komissiya üzvləri tərəfindən iştirakçıların açıq dərslərinin videoyazılarına baxış keçirilib və namizədlər peşəkar meyarlar əsasında qiymətləndirilib.
Komissiyanın iclasındakı müzakirələrin yekununda 19 müəllim müsabiqənin qalibi elan edilib və onlar "Üzeyir Hacıbəyli Mükafatı"na layiq görülərək həm pul mükafatı, həm də diplomlarla təltif ediləcəklər.
Qeyd edək ki, dahi Üzeyir Hacıbəylinin 140 illik yubileyi çərçivəsində keçirilən bu müsabiqə musiqi və incəsənət təhsili sahəsində çalışan müəllimlərin peşəkarlığının təşviqi, yaradıcı potensialının üzə çıxarılması və milli musiqi irsinin gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Bölməyə aid digər xəbərlər
















ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır