Afaq Bəşirqızı: "Elə yazıblar ki, elə bil illərdir səhnəyə çıxmıram..."
Tarix: 19-01-2026 12:08 | Bölmə: Mədəniyyət

Afaq Bəşirqızı: "Elə yazıblar ki, elə bil illərdir səhnəyə çıxmıram..."

"Mən arada-sırada tamaşalarda oynayıram, amma fasilələrlə. Xəbərləri elə yazıblar ki, elə bil, illərdir, səhnəyə çıxmıram..."

Reyting.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Xalq artisti Afaq Bəşirqızı uzun müddət sonra yenidən teatr səhnəsinə qayıtması ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib.

"İki-üç ay bundan əvvəl də tamaşada oynamışam. Çalışacam ki, bundan sonra fasilə az olsun. Yanvarın 30-31-də, Allahın izni ilə premyeramdır. Dəvət edirəm, gəlin. Davamı gələcək", - Xalq artisti bildirib.

Xatırladaq ki, A.Bəşirqızı yanvarın 30-da Akademik Musiqili Teatrda "Zal qızı Zalxa" tamaşasında rol alacaq. O, bir müddət əvvəl onkoloji xəstəlikdən əziyyət çəkdiyini, ayaqlarında ciddi problem olduğunu açıqlamışdı.





Bölməyə aid digər xəbərlər