Mehriban Ələkbərzadənin taleyi necə olacaq? - Açıqlama
Tarix: 29-01-2026 00:05 | Bölmə: Mədəniyyət

Mehriban Ələkbərzadənin taleyi necə olacaq? - Açıqlama

Bir neçə gündür, sosial şəbəkələrdə Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadənin vəzifəsini itirməsi ilə bağlı məlumatlar yayılır. Teatrın keçmiş aktrisası Mehriban Xanlarova sözügedən məlumatları tirajlayaraq bir müddət öncə qalmaqal yaşadığı Mehriban Ələkbərzadənin işdən çıxarıldığını bildirib. Buna səbəb kimi isə Mədəniyyət Nazirliyinin dövlət teatrlarının idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlı qərarı göstərib.

Reyting.az xəbər verir ki, “Qafqazinfo” məsələni dəqiqləşdirmək üçün Mehriban Ələkbərzadə ilə əlaqə saxlayıb.

O, özü ilə bağlı sualları cavablandırmasa da, bir cümlə ilə kifayətlənib:

“Mədəniyyət Nazirliyinin saytında rəsmi şəkildə hər şey yazılıb, əlavə nəsə demək istəmirəm”.





Bölməyə aid digər xəbərlər