Şahnazarov: “Rusiya filmləri “Oskar”a təqdim olunmasın”
Tarix: 19-06-2023 20:56 | Bölmə: Mədəniyyət
Şahnazarov: “Rusiya filmləri “Oskar”a təqdim olunmasın”

“Rusiya öz filmlərini “Oskar” mükafatına təqdim etməməlidir”. Reyting.az xəbər verir ki, “RİA FAN” bu sitatı sovet və rus rejissoru Karen Şahnazarovdan gətirib.

K. Şahnazarov bildirib ki, hazırkı şərtlərlə rus filmlərinin “Oskar”da iştirakına ehtiyac görmür.

Onun sözlərinə görə, müharibə davam edir və “Oskar”ın keçirildiyi ölkə - Amerika Birləşmiş Ştatları Rusiyaya qarşı döyüşür. Bu səbəbdən də, o, Rusiyanın “Oskar”da iştirakına ehtiyac duymur.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}