Musiqili Teatr bu dəfə Şəkidə çıxış edəcək
Tarix: 25-06-2023 12:19 | Bölmə: Mədəniyyət
Musiqili Teatr bu dəfə Şəkidə çıxış edəcək

10 iyul saat 18:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Şəki Dövlət Dram Teatrında Ulu öndər Heydər Əliyevin 100 illik, peşəkar milli teatrımızın 150 illik yubileyi ilə əlaqədar "Sən elə bir zirvəsən!.." tamaşası ilə çıxış edəcək.

Bu barədə Reyting.az-a teatrdan məlumat veriblər.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən bu layihənin rəhbəri teatrın direktoru Əliqismət Lalayev, ssenari müəllifi Mübariz Həmidov, quruluşçu rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Fəxrəddin Atayev, xormeysteri Vaqif Məstanov, baletmeysteri Emin Əliyev, rejissor assistenti Afər Tağıyevadır.

Musiqili tarixi-esse kimi hazırlanan bu səhnə əsərində teatrın solistləri Fərid Əliyev, Səidə Şərifəliyeva, Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, aktyorlar Aydan Həsənova, Hidayət Əliyev, Şaban Cəfərov, Türkel Tariqpeyma, Emin Zeynallı, həmçinin teatrın xor və balet heyətinin üzvləri iştirak edəcəklər.

Qeyd edək ki, Musiqili Teatrın bu tamaşası iyunun 19-da Gəncədə də nümayiş olunub.







Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}