14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Afaq Bəşirqızı “Toya bir gün qalmış” komediyası ilə yenidən səhnəyə çıxacaq - Foto
Tarix: 25-06-2023 18:17 | Bölmə: Mədəniyyət
Afaq Bəşirqızı “Toya bir gün qalmış” komediyası ilə yenidən səhnəyə çıxacaq
Afaq Bəşirqızı

Uzun fasilədən sonra, 19 iyul saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında milyonların sevimli gülüş ustası, Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə görkəmli yazıçı-dramaturq Əli Səmədlinin “Toya bir gün qalmış” komediyası nümayiş olunacaq.

Reyting.az
xəbər verir ki, quruluşçu-rejissoru Əsgər Əsgərov olan bu səhnə əsərində Afaq Bəşirqızı ilə yanaşı, Ələkbər Əliyev, Əzizağa Əzizov, aktyorlar Möylə Mirzəliyev, Əliməmməd Novruzov, Gültac və Hüseyn Əlili, Rəsmiyyə Nurməmmədova, Gülnarə Əzizova, Elxan İsmayılov, Ruslan Mürsəlov, Fərid Rzayev, həmçinin teatrın xor və balet truppalarının üzvləri çıxış edəcəklər.

Tamaşanın quruluşçu rəssamı Nabat Səmədova, musiqi rəhbəri Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənov, baletmeysterləri Yelena və Zakir Ağayevlər, rejissor assistenti Tamilla Aslanovadır.

Gözlənilməz və maraqlı süjet xətti olan komediyada cərəyan edən hadisələr oğlunun toyuna bir gün qalmış vəzifəli şəxsin dünyasını dəyişməsi ilə başlayır. Onun həyat yoldaşının isə bunu hamıdan gizlətməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Qadın düşünür ki, ərinin ölümünü ört-basdır etməsə, toy təxirə düşəcək və onların bir sıra maraqlarına zərbə dəyəcək. Beləliklə, ailə dəfn işləri ilə məşğul olmaqdansa, toy hazırlıqlarını davam etdirir…

Biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN Xidmət” mərkəzlərindən, eləcə də “iticket.az” saytından əldə etmək olar.

Kollektiv sifarişlər də qəbul olunur.

Elan: My Webpage





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}