14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Musiqili Teatrda 113-cü mövsüm başa çatır - Video
Tarix: 08-07-2023 18:04 | Bölmə: Mədəniyyət
Musiqili Teatrda 113-cü mövsüm başa çatır

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının 113-cü mövsümü başa çatmaq üzrədir.

Reyting.az
-ın məlumatına görə, bu məqsədlə 20 iyul saat 19:00-da keçirilən bağlanış mərasimində Ulu öndər Heydər Əliyevin 100 illik, peşəkar milli teatrımızın 150 illik yubileyinə həsr olunan "Sən elə bir zirvəsən!.." tamaşası nümayiş olunacaq.

Tamaşanın bədii rəhbəri teatrın direktoru Əliqismət Lalayev, ssenari müəllifi Mübariz Həmidov, quruluşçu rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Fəxrəddin Atayev, xormeysteri Vaqif Məstanov, baletmeysteri Emin Əliyev, rejissor assistenti Afər Tağıyevadır.

Musiqili tarixi-esse kimi hazırlanan bu səhnə əsərində teatrın solistləri Fərid Əliyev, Səidə Şərifəliyeva, Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, Aydan Həsənova, Hidayət Əliyev, Şaban Cəfərov, Türkel Tariqpeyma, Emin Zeynallı, həmçinin teatrın xor və balet heyətinin üzvləri iştirak edəcəklər.

Xatırladaq ki, bu tamaşa ilə Musiqili Teatrın yaradıcı heyəti Gəncə və Şəki şəhərlərində də qastrol səfərlərində olublar.

Video: My Webpage





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}