14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Polad Həşimovun əşyaları muzeyə təqdim olunub - Foto
Tarix: 12-07-2023 12:21 | Bölmə: Mədəniyyət
Polad Həşimovun əşyaları muzeyə təqdim olunub

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun şəxsi əşyaları muzeyə təqdim olunub.

Tarix Muzeyindən Reyting.az-a bildirilib ki, Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, 3-cü Ordu Korpusunun Komandir müavini, Qərargah rəisi (2017–2020), şəhid Polad Həşimovun şəxsi əşyaları (hərbi kəməri, üzərində “Azərbaycan Ordusu 100 il” yazılmış qələmi, təsbehi və əlyazmaları) onun həyat yoldaşı Ofelya Salmanova tərəfindən muzeyə təqdim edilib.

Qeyd edək ki, muzeyin yeni qurulan ekspozisiyasında general-mayor Polad Həşimovun şəxsi əşyalarının nümayişi məqsədilə xüsusi vitrin ayrılıb. Ekspozisiya tezliklə ziyarətçilərin ixtiyarına veriləcək.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}