“Xəzər TV” Elza Seyidcahanla bağlı açıqlama yayıb
Tarix: 14-07-2023 10:05 | Bölmə: Mədəniyyət
“Xəzər TV” Elza Seyidcahanla bağlı açıqlama yayıb

Sosial şəbəkələrdə Əməkdar artist Elza Seyidcahanın "Xəzər" Televiziyasında veriliş aparacağı ilə bağlı məlumatlar yayılıb.

Reyting.az
xəbər verir ki, bununla bağlı "Xəzər” Media Mərkəzinin İctimaiyyətlə əlaqələr və əməkdaşlıq departamentinin rəhbəri Ülkər Qasımova "Facebook” hesabında paylaşım edib.

Paylaşımda deyilir: "Elza xanımı hər zaman efirimizdə görməkdən və onunla sənətçi, qonaq kimi əməkdaşlıqdan məmnunuq. İstedadlı müğənninin yaradıcılığına böyük hörmətlə yanaşaraq qeyd etmək istəyirik ki, hazırda yeni proqram şəbəkəsində "Xəzər" Televiziyasında belə bir layihə nəzərdə tutulmayıb. Ola bilsin ki, Elza Seyidcahan hər hansı prodüser mərkəzi və ya digər istehsalçılarla əməkdaşlıq həyata keçirir, amma "Xəzər" Televiziyasında hazırda belə bir layihə barədə məlumat yoxdur”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}