20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Xalq artisti: "Rejissora dedim ki, ona deyin mənə əl-qol atmasın"
Tarix: 18-07-2023 14:45 | Bölmə: Mədəniyyət
Xalq artisti: "Rejissora dedim ki, ona deyin mənə əl-qol atmasın"

“Biz universitetdə oxuyanda hamı deyirdi ki, yaman çox sevgililəri var. Yaraşıqlı, populyar adam idi. Qadınların ürəyi gedirdi onun üçün. Hamı elə bilirdi ki, Telman şorgöz adamdır. Mənim də ağlıma batmışdı. Ona görə, onunla ilk dəfə tamaşada oynayanda rejissora tapşırmışdım ki, ona deyin mənə əl-qol atmasın, toxunmasın”.

Bunu Xalq artisti Firəngiz Mütəllibova deyib.

O əlavə edib: “Sonralar rejissor bizi teatrda qol-qola, öpüşüb-görüşən görəndə zarafatla deyirdi, sizi çəkib hamıya göstərəcəm.

Telman nəinki Akademik Milli Dram Teatrının, eləcə də ölkənin ən namuslu, düzgün kişilərindən biri idi. Haqqında gəzən şaiyələr hamısı yalandır. Onun nə sevgilisi var idi, nə də gözü orda-burdaydı. Ona görə çox sevilirdi. Ona görə dəfnində elə böyük izdiham oldu. Bildiyimə görə, eşidib-gələn adamlar, avtomobillər aktyorun yaşadığı həyətə və küçəyə sığmayıb, hətta polislər Fatmayı kəndinə qədər olan yolu bağlamağa məcbur olublar”(Lent.az).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər