Xalq artisti xəstəxanaya yerləşdirilib
Tarix: 19-07-2023 12:25 | Bölmə: Mədəniyyət
Xalq artisti xəstəxanaya yerləşdirilib

Xalq artisti Şahnaz Haşımova xəstəxanaya yerləşdirilib.

Xalq artistinin nəvəsi Teleqraf.com-a açıqlamasında bildirib ki, Şahnaz Haşımovanın səhhəti ötən gün pisləşib.

"Ötən gün səhər saatlarında Gəncədə 1 nömrəli şəhər xəstəxanasına yerləşdirilib. Səhhətində problem yaranıb. Şəkər xəstəliyindən əziyyət çəkir, təzyiqi də qalxıb. Bu problemlər isə qan dövranına təsir edib. Hazırda özünü yaxşı hiss edir".

Qeyd edək ki, Şahnaz Haşımova əməkdar artist Aybəniz Haşımovanın bacısıdır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}