20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Mədəniyyət Nazirliyinin şöbə müdiri vəzifədən azad olunub
Tarix: 11-09-2023 13:09 | Bölmə: Mədəniyyət
Mədəniyyət Nazirliyinin şöbə müdiri vəzifədən azad olunub

Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru vəzifələrini icra edən kinorejissor Rüfət Həsənov vəzifəsindən azad olunub.

Mədəniyyət Nazirliyindən bildirilib ki, mədəniyyət nazin Adil Kərimli Rüfət Həsənovun vəzifədən azad olunması ilə bağlı ərizəsini təsdiq edib.

"Rüfət Həsənov yaradıcı faaliyyətlə məşğul olmaq istəyi ilə bağlı bu addımı atıb", - nazirlikdən qeyd olunub.

Xatırladaq ki, Rüfət Həsənov həm də Mədəniyyət Nazirliyinin Audivizual və İnteraktiv Media şöbəsinin də müdiri idi. O bu ərizə ilə sözügedən vəzifəsini də tərk edib(APA).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər