14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Ədəbiyyat üzrə Nobel mükafatı Norveç yazıçısına verilib
Tarix: 05-10-2023 15:24 | Bölmə: Mədəniyyət
Ədəbiyyat üzrə Nobel mükafatı Norveç yazıçısına verilib

2023-cü il Ədəbiyyat üzrə Nobel mükafatı sahibinin adı məlum olub.

Reyting.az
-ın xəbərinə görə, Nobel Komitəsinin rəsmi saytında bildirilib ki, mükafat Norveç yazıçısı Yun Fosseyə verilib.

O, bu mükafata "səsləndirilməsi mümkün olmayan fikirləri ifadə edən innovativ pyeslərinə və nəsr əsərlərinə görə” layiq görülüb.

Qeyd edək ki, Yun Fosse 1959-cu ilin 29 sentyabrında Norveçdə anadan olub. Uşaq yaşlarında ölümcül qəza keçirən Fosse bu qəzadan təsirlənərək yetkinlik yaşında sözügedən motivdə yazılar yazıb. Müəllifin əsərləri 40-dan çox dilə tərcümə edilib. Yaradıcılığında şeir, hekayə, roman, esse və pyeslər önə çıxır. 2011-ci ildən Fosse Norveç dövlətinə məxsus olan və Oslo şəhərinin mərkəzində Kral Sarayının ərazisində yerləşən Qrotten fəxri iqamətgahı ilə təltif edilib.

2022-ci ilin aprelində yazıçının romanı Damion Searls tərəfindən ingilis dilinə tərcümə edilib və “Yeni Ad: Septologiya VI-VII” romanı Beynəlxalq Buker Mükafatının qısa siyahıya düşüb. Yun Fosse həmçinin bədii tərcümə ilə də məşğuldur.

Xatırladaq ki, mükafatın ötənilki qalibi fransalı yazıçı Anni Erno olub.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}