Aparıcı: "Demirəm ki, toy pisdir, amma..."
Tarix: 30-10-2023 12:13 | Bölmə: Mədəniyyət
Aparıcı: "Demirəm ki, toy pisdir, amma..."

"Rok ifa edən adam toylara getməyə məcbur olmamalıdır".

Reyting.az
xəbər verir ki, bunu prodüser və televiziya aparıcısı Emin Əfəndi Musiqi Forumunda panel müzakirəsi zamanı deyib.

"Demirəm ki, toy pisdir. Bu ənənə var. Ancaq rok ifa edən adam toylara getməyə, oradan qazanmağa məcbur qalmamalıdır. Bəziləri televiziya rəhbəri kimi Murad Dadaşovun üstünə düşür. Amma televiziyaya çıxan müğənni də istəyir ki, orada tanınsın, görünsün. Daha sonra toylara gedə bilsin", - o bildirib(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}