20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
AMEA-nın Mərkəzi Elmi Kitabxanası elektronlaşdırılır
Tarix: 23-11-2023 13:11 | Bölmə: Mədəniyyət
AMEA-nın Mərkəzi Elmi Kitabxanası elektronlaşdırılır

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) elektronlaşdırılması istiqamətində işlər görülür.

Reyting.az
xəbər verir ki, bunu MEK-in baş direktoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev deyib.

Professorun sözlərinə görə, MEK müasir kitabxana xidmətlərinin tətbiqi ilə oxuculara xidmət işinin kəmiyyət və keyfiyyət göstəricilərini yüksəldib və Azərbaycan elminin inkişafına öz töhfələrini verib.

M. Əliyev əlavə edib ki, hazırda elektron kataloqların hazırlanması istiqamətində işlər görülür və yaxın müddətdə elektron kataloqlaşmanın yekunlaşması nəzərdə tutulub. Bu istiqamətdə işlərin böyük bir qismi artıq icra olunub.


M. Əliyev

Baş direktor kitabxananın elektronlaşdırılması məqsədilə “İRBİS-64” Avtomatlaşdırılmış İnteqrasiyalı Kitabxana Sisteminin tətbiq olunduğunu vurğulayıb.

Professor M. Əliyev qeyd edib ki, Mərkəzin Reproqrafiya şöbəsi tərəfindən MEK-in fondlarında olan ədəbiyyat nümunələri, məqalələr müxtəlif tipli skan aparatları vasitəsilə elektron formata salınaraq, xüsusi proqramda konvertasiya edilir və elektron bazaya daxil olunaraq oxucuların istifadəsinə verilir.

Alim bildirib ki, kitabların elektronlaşması maddi-texniki baza ilə təminat tələb etdiyindən AMEA prezidenti, akademik İsa Həbibbəylinin dəstəyi ilə bu məsələlər TÜBİTAK-la geniş müzakirə olunub və maddi-texniki bazanın qurulmasına bu qurum tərəfindən dəstək göstərilməsi barədə razılıq əldə edilib.

Bugünədək minlərlə kitabın konvertasiya olunaraq MEK-in elektron kitabxanasında yerləşdirildiyini deyən baş direktor əlavə edib ki, maddi-texniki bazanın gücləndirilməsindən sonra kitabların konvertasiyası istiqamətində mövcud çətinliklər aradan qaldırılacaq.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər