14:50 / 28-02-2024
Lavrov Türkiyəyə gedir
Bakıda növbəti beynəlxalq oyun festivalı-Gamesummit keçiriləcək
Tarix: 04-12-2023 21:19 | Bölmə: Mədəniyyət
Bakıda növbəti beynəlxalq oyun festivalı-Gamesummit keçiriləcək

Bakıda 9 dekabr 2023-cü ildə Flame Towers-dəki Fairmont otelində “Gamesummit Winter” əyləncəli beynəlxalq oyun festivalı təşkil olunacaq.

Reyting.az
xəbər verir ki, bu ilin yayında baş tutan festival çox maraqla qarşılandığına, 3 mindən çox iştirakçını, 70-dən çox şirkət, təşkilat və sponsorları cəlb etdiyinə görə, təşkilatçılar tərəfindən qərara alınıb ki, oyun sammiti şəhərimizin həyatında daimi və ənənəvi olaraq keçirilsin.

Qış mərhələsində kompüter oyunları, anime və geek mədəniyyətinin bütün həvəskarları üçün daha çox oyun, cosplay, musiqi və əyləncə nəzərdə tutulub. Ziyarətçilər və iştirakçılar üçün onlarla hədiyyələr hazırlamış sponsorların da çoxalacaq. Yay tədbirindən fərqli olaraq, sammit çərçivəsində ilk dəfə olaraq yerli oyun tərtibatçıları üçün müsabiqə, eləcə də dünya üzrə məşhur kompüter oyunlarının tərtibatçıları və dizaynerlərinin çıxış edəcəyi işgüzar konfrans keçiriləcək. Ənənəvi olaraq oyun çempionatları, cosplay müsabiqəsi, K-Pop çıxışları, VR zonası yeni oyunlar təqdim edəcək və nəhayət, oyunlar, anime və komikslərlə bağlı müxtəlif suvenirlər və aksessuarlar almaq imkanı olacaq. Bu Yeni il şənliyinin bir hissəsi olmaq şansını qaçırmayın!

Biletləri rəsmi internet saytından əldə etmək olar:

https://iticket.az/ru/events/other/game-summit-winter-2023/103070

Tədbir haqqında ətraflı məlumat:

https://www.instagram.com/gamesummitai https://t.me/GameSummit




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}