23 abidə UNESCO-nun Ümumdünya İrs Siyahısına salınıb
Tarix: 18-12-2023 10:49 | Bölmə: Mədəniyyət
23 abidə UNESCO-nun Ümumdünya İrs Siyahısına salınıb

"İtməkdə olan dekorativ tətbiqi sənət istiqamətlərinin bərpası və yeni formalarda yenidən həyata qaytarılması, innovasiyaların tətbiqi, ənənələrin nəsildən-nəslə ötürülməsi qeyri-maddi mədəni irsin mühafizəsi və yaşadılmasına sistemli yanaşmanı şərtləndirir".

Reyting.az
xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Azərbaycanda ilk dəfə keçirilən "Mədəni İrs" forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, məhz qeyri-maddi mədəni irs ölkəmizin qarşılaşdığı hibrid təhdidlər sırasında ön sıralardan birini tutur:
"Hazırda 23 qeyri-maddi mədəni irs elementi UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmiş və bu proses gələcəkdə də davam edəcək. Son 3 il ərzində ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycanın gələcəkdə qarşılaşacağı təhdidlər əsasən mədəni irs, tarix və ümumilikdə mədəniyyətlə bağlı olacaq".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}