16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
Meyxanaçı Vüqarın dəfnində iştirak edənlər məsuliyyətə cəlb olunub - Fotolar
Tarix: 29-08-2020 18:37 | Bölmə: Mədəniyyət
Meyxanaçı Vüqarın dəfnində iştirak edənlər məsuliyyətə cəlb olunub

Avqustun 29-da Binəqədi rayonu Biləcəri qəsəbəsində vəfat edən meyxanaçı Vüqar Paşayevin (Vüqar Biləcəri) dəfn mərasimində ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi qaydalarının və sanitar-epidemioloji şərtlərin kütləvi surətdə pozulması halı qeydə alınıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə sosial şəbəkələrdə və KİV-lərdə həmin mərasimdən yayımlanmış görüntülərdə əks olunan 42 nəfər rayon polis idarəsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri görülüb və onlar İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, məsuliyyətə cəlb olunublar.

Abşeron Rayon Polis İdarəsi əməkdaşları tərəfindən dəfn mərasimini idarə edən axund Ş. Pircanov və daha 20 nəfər saxlanılaraq rayon polis idarəsinə gətirilib. Onlar barəsində inzibati xəta haqında protokollar tərtib edilib, Ş. Pircanov 400 manat, digərləri isə 200 manat məbləğində cərimə olunub.

Dəfn mərasimindən yayılmış görüntülərdə əks olunan digər şəxslərin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.

Meyxanaçı Vüqarın dəfnində iştirak edənlər məsuliyyətə cəlb olunub
Meyxanaçı Vüqarın dəfnində iştirak edənlər məsuliyyətə cəlb olunub

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}