Şəhid generalla bağlı kitabın təqdimatı olub
Tarix: 31-08-2020 16:59 | Bölmə: Mədəniyyət
Şəhid generalla bağlı kitabın təqdimatı olub

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində “General Polad Həşimov xatirələrdə” kitabının canlı yayımda təqdimatı olub. “Xatirə ədəbiyyatı” silsiləsinin 52-ci kitabı olan “General Polad Həşimov xatirələrdə” kitabı “Hədəf Nəşrləri” və “XAN” nəşriyyatının ortaq layihəsidir.

Reyting.az
xəbər verir ki, canlı yayımın qonağı olan “Hədəf Nəşrləri” evinin direktoru, yazıçı, tərcüməçi Səbuhi Şahmursoy kitab haqqında, onun ərsəyə gəlməsi barədə geniş məlumat verib. General Polad Həşimovun evində qonaq olan Səbuhi Şahmursoy, Həşimovun ailəsi ilə tanışlığından, necə şərəfli və qürurverici görüş olduğundan danışıb.

Görüş izləyicilər tərəfdən maraqla qarşılanıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}