Məhv edilən maddi-mədəniyyət nümunələri ilə bağlı konfrans keçiriləcək
Tarix: 04-09-2020 14:10 | Bölmə: Mədəniyyət
Məhv edilən maddi-mədəniyyət nümunələri ilə bağlı konfrans keçiriləcək

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə 5 sentyabr tarixində Azərbaycan və Özbəkistan arasında “Ermənistanın Azərbaycan torpaqlarının işğalı, məskunlaşdırma siyasəti, məhv edilən maddi-mədəniyyət nümunələri” adlı beynəlxalq onlayn konfrans keçiriləcək.

Konfrans Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti, Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin iştirakı və dəstəyi ilə təşkil olunur.

Konfransın əsas məqsədi – Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, bu ərazilərdə həyata keçirilən etnik təmizləmə, məskunlaşdırma siyasəti, habelə müsəlman, türk mədəni irsinin dağıdılması, məhv edilməsi, saxtalaşdırma siyasətinə dair həqiqətlərin yayılması, bu barədə dünya ictimaiyyətinin məlumatlandırılmasıdır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}