“Mozalan” şimal bölgəsində bədii film çəkir
Tarix: 05-09-2020 12:26 | Bölmə: Mədəniyyət
“Mozalan” şimal bölgəsində bədii film çəkir

Azərbaycanın səfalı guşələrindən olan Balakən-Zaqatala bölgəsində “Olimpiya” adlı bədii filmin çəkilişləri aparılır.

Reyting.az
xəbər verir ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə “Mozalan” studiyasının çəkdiyi filmə Əli-Səttar Quliyev quruluş verib.

Rejissor bildirib ki, ötən il “Mozalan” studiyasının istehsalı olan “Əlvida, Şmidt!” filmi ekranlara çıxandan sonra ssenari müəllifi Rüstəm Babazadə ilə yeni bir filmin ideyasını verdik. Keçmiş Olimpiya mükafatçısının həyatından bəhs edən, melodram janrında olan ekran əsərinin çəkilişləri avqustda başlanıb və bir ay müddətində davam edəcək.

Azərbaycanın şimal bölgəsində və paytaxt Bakıda lentə alınacaq filmdə maraqlı obrazlar və tanınmış aktyorlar rol alıb.

Ekran əsərinin quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Arif Niftiyev, rejissoru Akif Rüstəmov, icraçı prodüseri Tərlan Babayevdir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}