Azərbaycan filmi növbəti dəfə mükafata layiq görülüb
Tarix: 08-09-2020 18:24 | Bölmə: Mədəniyyət
Azərbaycan filmi növbəti dəfə mükafata layiq görülüb

Azərbaycanlı rejissor Şamil Əliyevin “Çölçü” filmi daha bir uğura imza atıb.

Reyting.az
xəbər verir ki, “MIRABILIA INTERNATIONAL FILM AWARDS 2020” (İtaliya) beynəlxalq kinofestivalının münsiflər heyəti “Çölçü”nü “Ən yaxşı bədii film” mükafatına layiq görüb.

COVID-19 pandemiyası ilə əlaqədar olaraq müsabiqənin nəticələri onlayn rejimdə elan edilib.

Film Mədəniyyət Nazirliyinin sifarişi ilə 2012–ci ildə “Azərbaycanfilm” kinostudiyasında çəkilib.

Film artıq 85 beynəlxalq kinofestivallarda iştirak edib və 45-dən çox mükafata layiq görülüb.(Azərtac)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}