10:43 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Fəxri adların verilməsi zamanı sui-istifadələr olub - Belə hallara qarşı gizli qurum yaradılacaq
Tarix: 17-09-2020 17:31 | Bölmə: Mədəniyyət
Fəxri adların verilməsi zamanı sui-istifadələr olub - Belə hallara qarşı gizli qurum yaradılacaq

Fəxri adların verilməsi zamanı bəzi şəxslər sui-istifadə hallarına yol veriblər.

Reyting.az
-ın məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov deyib.

Anar Kərimov bildirib ki, bu sahədə yeniliklər olacaq. Çünki fəxri adların verilməməsinə görə, bəzi şəxslərin Mədəniyyət nazirliyinə, hətta dövlətə inamı azalıb.

A. Kərimov diqqətə çatdırıb ki, fəxri adlar verilərkən dəqiq və əvvəlcədən müəyyən edilmiş bir neçə meyar, eləcə də bu prosesdə qərarverici gizli qurum olacaq:

“Qərarın gizli olması təklif edilir. Çünki belə olan halda sui-istifadənin qarşısı alınacaq. Fəxri ad alan insanlar xalq qarşısında öhdəliklər götürməlidirlər. Sovet vaxtında fəxri ad alan şəxslər dövləti tərifləyirdilər. Ancaq biz istərdik onlar xalq qarşısında öhdəlik götürsünlər. Cəmiyyəti həmrəyliyə səsləsinlər”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}