Xalq artistinin həyat yoldaşı koronavirusa yoluxub - Foto
Tarix: 18-09-2020 00:09 | Bölmə: Mədəniyyət
Xalq artistinin həyat yoldaşı koronavirusa yoluxub

Xalq artisti Yusif Eyvazovun həyat yoldaşı, dünya şöhrətli opera müğənnisi Anna Netrebko koronavirusa yoluxub.

Reyting.az
xəbər verir ki, bu barədə o, İnstaqram səhifəsində yazıb. Daha əvvəl COVID-19 testi neqativ çıxsa da, özünü təcrid edən Netrebko xəstəxanaya yerləşdirilib.

“Mən artıq 5 gündür COVID-19 pnevmoniyası diaqnozu ilə xəstəxanadayam və tezliklə sağalacam. Xəstəxanaya vaxtında gəlmişəm və mənə kömək göstərilir. Hər şey yaxşı olacaq!”, - deyə müğənni yazıb.

Onun sözlərinə görə, həyat yoldaşı Yusif Eyvazovun antikorları var:

“Necə olubsa, o, bu xəstəliyi keçirib və hazırda ətrafdakılar üçün tamamilə təhlükəsizdir”.

A. Netrebko koronavirusun heç də təsvir edildiyi kimi dəhşətli olmadığını da bildirib. (Qafqazinfo)





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}