Akademik teatr mövsümə "Ər və arvad"la başlayıb - Fotolar
Tarix: 21-09-2020 11:19 | Bölmə: Mədəniyyət
Akademik teatr mövsümə "Ər və arvad"la başlayıb

Koronavirus səbəbindən Azərbaycan Dövlət Akademik Musiqili Teatrı da yeni mövsümünə fərqli başlayıb. Tamaşaçıların adət etdiyi teatr mövsümünün açılış mərasimi bu dəfə vəziyyətə uyğun olaraq virtual məkanda baş tutub.

Reyting.az
xəbər verir ki, əvvəlcə Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev teatrsevərlərə videomüraciət edərək, onları teatrın 111-ci mövsümünün başlanması, eyni zamanda Milli Musiqi Günü və Üzeyir Hacıbəylinin 135 illik yubileyi münasibətilə təbrik edib.

Daha sonra o, sosial şəbəkə izləyicilərini "Üzeyir Hacıbəyli həftəsi" çərçivəsində dahi bəstəkarın ölməz əsərlərindən biri - "Ər və arvad" operettasına baxmağa dəvət edib.







Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}