17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Böyük şair Şəhriyarın adına ədəbi mükafat təsis edilib
Tarix: 24-09-2020 13:07 | Bölmə: Mədəniyyət
Böyük şair Şəhriyarın adına ədəbi mükafat təsis edilib

İranın Şərqi Azərbaycan vilayətində böyük şair Məhəmməd Hüseyn Şəhriyar (1906-1988) adına ədəbi mükafat təsis edilib.

Reyting.az
bildirir ki, yarı-rəsmi İLNA agentliyinin xəbərinə görə, Şərqi Azərbaycan vilayəti Mədəniyyət və İrşad İdarəsinin sədri Məhəmməd Məhəmmədpur bu barədə açıqlama verib.

Məhəmmədpurun sözlərinə görə, Ustad Şəhriyar ədəbi mükafatı “mədəniyyət, sənət, şeir və ədəbiyyatın böyük İrandakı yüksək yerini dünyaya göstərmək, söz mülkünün şəhriyarı ustad Məhəmməd Hüseyn Behcət Təbrizinin adını yüksək tutmaq, fars şeiri və ədəbiyyatının milli gününü yüksək qiymətləndirmək, habelə yerli və məhəlli ədəbiyyata dəstək”,- məqsədilə təsis edilib.

İran Azərbaycanının böyük şairi Məhəmməd Hüseyn Şəhriyarın vəfat etdiyi 18 sentyabr tarixi İran təqvimində fars şeiri və ədəbiyyatının milli günü olaraq qeyd edilir.

“Ustad Şəhriyar ədəbi mükafatı hər il sentyabrın 18-də sənət və ədəbiyyatın müxtəlif sahələrində, fars və türk dillərində yaradılmış seçilmiş əsərlərin sahiblərinə təqdim ediləcək. Mükafatın təqdimat mərasimi Təbrizin Şairlər Məqrəbəsində keçiriləcək”,- agentliyin xəbərində qeyd edilib.(amerikaninsesi)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}