Hacı Zeynalabdin Tağıyevin Fransada yaşayan nəvəsindən Ermənistana - Etiraz
Tarix: 29-09-2020 16:05 | Bölmə: Mədəniyyət
Hacı Zeynalabdin Tağıyevin Fransada yaşayan nəvəsindən Ermənistana - Etiraz

Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin nəslinin davamçısı, Fransada yaşayan Alban Kloud Ermənistanın Azərbaycana qarşı yeni təcavüz aktına etirazını bildirib.

Reyting.az
 xəbər verir ki, o, sentyabrın 27-dən başlayaraq Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində güclü döyüşlərin getdiyini deyib: "Vəziyyətin ciddiliyini və mənim Azərbaycanla bağımı nəzərə alaraq yazdığım bu mətni və illüstrasiyalaşdırdığım xəritəni fransız dostlarımla paylaşmağa haqqım çatır.

Mən müharibənin  əleyhinəyəm, lakin çoxtərəfli diplomatiya son otuz ildə bu saxta, dondurulmuş münaqişənin həllinə dair başqa bir alternativ təklif edə bilməyib.

Bu yazım, xüsusi ilə  şərhçilər tərəfindən gözardı edilən Qarabağ məsələsinə Azərbaycanın mövqeyini və bu münaqişədə Fransanın rolunu anlamağa imkan verəcək".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}