Qarabağdan qucaqda gələn körpələr, tank belində əsgər kimi geri döndülər - Video
Tarix: 08-11-2020 19:11 | Bölmə: Mədəniyyət
Qarabağdan qucaqda gələn körpələr, tank belində əsgər kimi geri döndülər

Bu gün Azərbaycanın dilbər guşəsi Şuşa işğaldan azad olundu.

Reyting.az
-ın məlumatına görə, Bakı Media Mərkəzi bu münasibətlə Azərbaycan Xalqını təbrik edib, Ordumuza yeni qələbələr arzulayıb.

“Biz canlarını fəda edən atalarımızı, gözü yaşlı analarımızı, düşmən təcavüzü ilə işğal olunan torpaqlarımızı heç vaxt unutmadıq. Qarabağdan qucaqda gələn körpələr, tank belində əsgər kimi geri döndülər. Biz yenidən öz torpağımız üçün vuruşuruq, Vətənimiz uğrunda vuruşuruq! Döyüş meydanında ədaləti bərpa edirik. Qələbə bizimlədir, Qələbə bizimdir ! Eşq olsun Ali Baş Komandanımıza, Ordumuza! Yaşasın Azərbaycan!"

Bakı Media Mərkəzi Müzəffər Azərbaycan Ordusuna həsr olunmuş videoçarx hazırlayıb.

Həmin videonu təqdim edirik:





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}