Polad Bülbüloğlu: "Şuşada əsas məqsədim ata evimi bərpa etmək, o torpağı öpməkdir”
Tarix: 12-11-2020 17:18 | Bölmə: Mədəniyyət
Polad Bülbüloğlu: "Şuşada əsas məqsədim ata evimi bərpa etmək, o torpağı öpməkdir”

“Şuşanın azad edildiyi xəbərini eşidəndə sevindiyim kimi, 40 ildir sevinməmişdim. Dədə-baba yurduna yenidən qayıtmaq böyük sevincdir. Şuşada ata evimiz dağıdılıb, indi əsas məqsədim bu evi bərpa etmək, atamın doğulduğu, uşaq olanda olduğum o torpağı öpməkdir”.

Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu keçirdiyi onlayn brifinq zamanı bildirib.

“İlk fürsətdə oraya gedəcəyəm. Həm də orada işlərim çoxdur, işin qızğın vaxtıdır. Bir az imkan yaranan kimi mütləq Şuşaya gedəcəyəm”, – səfir qeyd edib.

Səfirin sözlərinə görə, münaqişənin qaynar mərhələsi indicə başa çatıb: "Öz yurd-yuvalarından didərgin salınanların hamısı geri qaytarılacaq. İnsanlar tezliklə doğma diyara qayıtmaq istəyir. Lakin bunun üçün müvafiq infrastruktur qurulmalı, hakimiyyət orqanları yaradılmalıdır, bu da asan məsələ deyil. Əminəm ki, vaxtilə orada yaşayanlar məmnuniyyətlə geri qayıdarlar. Dünyasını dəyişənlərin isə övladları, nəvə-nəticələri artıq böyüyüb və dədə-baba yurduna qayıtmaq üçün səbirsizliklə məqam gözləyirlər”/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}