Xalq artisti evində huşsuz vəziyyətdə tapılıb
Tarix: 22-11-2020 23:29 | Bölmə: Mədəniyyət
Xalq artisti evində huşsuz vəziyyətdə tapılıb

Xalq artisti Səfurə İbrahimova evində huşsuz vəziyyətdə tapılıb.

Reyting.az
xəbər verir ki, bu barədə jurnalist Əli Novruzəliyev sosial şəbəkədə məlumat yayıb. Onun sözlərinə görə, 2-3 gün ərzində aktrisadan xəbər olmayıb. Bu gün qonşuları və yaxınları Fövqəladə Hallar Nazirliyinə, eləcə də polis əməkdaşlarına müraciət etdikdən sonra aktrisanın yaşadığı mənzilin qapısı açılıb. Səfurə İbrahimova evində döşəməyə yıxılmış vəziyyətdə tapılıb.

Qeyd edək ki, 81 yaşlı aktrisanın vəziyyətinin hazırda yaxşı olduğu bildirilir. O, uzun müddətdir yaradıcılığına son verib və ictimaiyyət arasına çıxmırdı.(Axşam.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}