18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Nazirlik Füzulidəki Hacı Ələkbər məscidi barədə məlumat yayıb
Tarix: 07-12-2020 13:50 | Bölmə: Mədəniyyət
Nazirlik Füzulidəki Hacı Ələkbər məscidi barədə məlumat yayıb

Füzuli şəhərindəki Hacı Ələkbər məscidi memar Kərbalayı Səfixanın ilkin işlərindəndir.

Mədəniyyət Nazirliyindən Reyting.az-a bildirilib ki, məscidin giriş qapısı üzərindəki daş kitabədə “Memar Kərbalayı Səfixan Qarabağinin işidir” – sözləri yazılıb.

Kitabədə məscidin tikilmə tarixi də – hicri tarixi ilə 1307-ci il göstərilir. Bu tarixi miladi təqviminə çevirəndə 1889-1890-cı illərə uyğun gəlir.

1993-cü ildə Füzuli rayonunun Ermənistan tərəfindən işğalından sonra Hacı Ələkbər məscidi yararsız hala düşüb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}