23:36 / 20-10-2025
Qurban Qurbanov: "Üstünlük bəlkə də rəqib tərəfdədir, çünki..."
22:54 / 20-10-2025
Əyləncəli heyvanlar... - Fotolar
22:25 / 20-10-2025
Fərid Qayıbov COP10-un sədri seçilib
22:14 / 20-10-2025
Xələf Xələfov Tehranda İran rəsmiləri ilə görüşüb - Fotolar
18:18 / 20-10-2025
Britaniya ordusu PUA-ları xəbərdarlıq etmədən vuracaq
18:17 / 20-10-2025
Yazıçı Anar: “Xəstəyəm, heç bir məsələ haqqında danışa bilmərəm...”
18:04 / 20-10-2025
Tramp Ukrayna prezidentini hədələyib
18:02 / 20-10-2025
"Qarabağ" İspaniyaya yollanıb
17:49 / 20-10-2025
Novella Cəfəroğlu: "Mən “vurulan” adamın arxasınca danışmamışam"
17:24 / 20-10-2025
Heydər Əliyev Mərkəzində caz konserti keçiriləcək
17:11 / 20-10-2025
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
16:56 / 20-10-2025
Bulvar İdarəsinin sabiq sədri hakim qarşısına çıxarılıb
16:51 / 20-10-2025
Nazirliyin istirahət evinin rəisi niyə tutulub? - Açıqlama
16:39 / 20-10-2025
Keçmiş baş nazirdən xəyanət şübhəsi var
16:31 / 20-10-2025
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gəlib - Fotolar
16:19 / 20-10-2025
Venesuela həmləsi - Nurlan Umudov yazır
16:07 / 20-10-2025
Mollazadə: Putin-Tramp görüşündə müsbət nəticə əldə edilməyəcək
15:52 / 20-10-2025
Nazir müavini vəzifədən azad olunub
15:51 / 20-10-2025
Ramiz Mehdiyev dövlətə təhlükə yaradıb - Professor
15:46 / 20-10-2025
Sabiq baş nazir: "Ramiz Mehdiyevdən kömək ummamışam"
15:23 / 20-10-2025
Ziya Məmmədovun qardaşı: "Məni istintaqa cəlb etməyiblər"
14:51 / 20-10-2025
Rektordan Mehdiyevin gəlini ilə bağlı - Açıqlama
14:42 / 20-10-2025
AZAL təyyarəsi Sankt-Peterburqa qayıtmağa məcbur olub - Yenilənib
14:41 / 20-10-2025
Nizami Rəmzinin qızı həbs edilib
14:28 / 20-10-2025
ANAMA əməkdaşı Xocavənddə minaya düşüb
13:02 / 20-10-2025
Ramiz Mehdiyevin gəlini işə çıxmır
12:53 / 20-10-2025
Tramp gücləndirilmiş təhlükəsizlik şəraitində Floridanı tərk edib
12:37 / 20-10-2025
Sabahın hava proqnozu açıqlanıb
12:11 / 17-10-2025

19:51 / 17-10-2025

16:01 / 18-10-2025

14:10 / 16-10-2025

15:51 / 20-10-2025

16:07 / 20-10-2025

11:33 / 16-10-2025

13:05 / 16-10-2025

16:15 / 18-10-2025

23:49 / 15-10-2025

12:02 / 16-10-2025

14:28 / 20-10-2025

Hikmət Hacıyev: “Azərbaycanda bütün xristian məbədləri bərpa olunub”
Tarix: 08-12-2020 21:59 | Bölmə: Mədəniyyət

Məşhur “The Washıngton Times” qəzetində Azərbaycan Prezidentinin köməkçisi, - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Azərbaycanda bütün xristian məbədləri bərpa olunub” sərlövhəli məqaləsi dərc edilib.
Hikmət Hacıyev qeyd edib ki, 6 həftəlik müharibə başa çatdıqdan sonra Azərbaycan ərazilərini otuz ilə yaxın müddətdə işğal altında saxlamış Ermənistan silahlı qüvvələri ölkələrinə qayıdıblar.
İndi barışmaq və dağıdılanları bərpa etmək zamanıdır, ancaq bəzi beynəlxalq mətbuat orqanları əsassız olaraq guya Azərbaycanın bu ölkədəki xristian abidələrinə və xristian irsinə qarşı “mədəni soyqırım” törətməyi planlaşdırması barədə ittihamlar irəli sürürlər.
H.Hacıyev qeyd edib ki, belə iddiaları “sübut etmək” üçün dini abidələrin sovet dövründə dağıdılmasına əsaslanan fərziyələr irəli sürülür. Keçmiş SSRİ-nin bütün ərazisində dini binalar dağıdılırdı. Bütün sovet məkanında dini abidələrin bilərəkdən dağıdılması dövlət siyasətinin tərkib hissəsi olub. Stalin rejimi dövründə Moskvada pravoslav kilsələri, Azərbaycanın paytaxtı Bakıdakı Aleksandr Nevski kilsəsi sökülüb, 25 mindən çox məscid dağıdılıb.
Prezidentin köməkçisi bildirib ki, müasir Azərbaycanda bunun tam əksi olan siyasət həyata keçirilir. 1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan çoxkonfessiyalı irsin bərpa edilməsinə tərəfdar olduğunu bütün dünyaya nümayiş etdirib. Bakıdakı erməni kilsəsi 1990-cı ildə hərc-mərclik dövründə zədələnəndən sonra tam bərpa olunub. Hazırda bu kilsədə yerləşən kitabxanada beş minə yaxın qiymətli erməni əlyazması saxlanılır. Bir neçə il bundan əvvəl Erməni Kilsəsinin başçısı Bakıdakı kilsənin fəxri qonağı olub. Azərbaycan hökuməti tərəfindən Bakıda ayrılmış ərazidə yeni katolik kilsəsi tikilib, bu kilsənin açılışında Roma Papası şəxsən iştirak edib. Köhnə sinaqoqlar bərpa edilib, yeniləri açılıb, yeni yəhudi məktəbləri tikilib.
Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan hökuməti respublika hüdudlarından kənarda - Vatikan katakombaları, Fransada roman kilsələri, Strasburq kilsəsinin vitrajları kimi dini abidələrin bərpası layihələrinə maliyyə yardımı göstərib. Ona görə də dünya Azərbaycan rəhbərliyinə inana bilər və inanmalıdır, çünki ölkə rəhbərliyi bizim bu sözlərimizi öz əməli fəaliyyəti ilə təsdiq edir. Azərbaycan rəhbərliyi açıq elan edib ki, işğal nəticəsində dağıdılmış Qarabağ regionunda xristian və müsəlman irsini bərpa edəcək. UNESCO-nun da həmin layihədə iştirak edəcəyini bildirməsi alqışa layiqdir.
Prezidentin köməkçisi daha sonra qeyd edib ki, Azərbaycan tərəfi 1990-cı illərin əvvəlində 700 minə yaxın azərbaycanlının qovulduğu ərazilərdə ermənilər tərəfindən dağıntılar törədilməsini bilirdi. Dağıdılmış evlərin və dini binaların şəkillərini “Google” axtarış sisteminin xəritələrində görmək olardı. İndi isə bütün bunları əyani şəkildə görmək mümkündür. İşğal nəticəsində 700–dən çox tarix və mədəniyyət abidəsi, 927 kitabxana, 808 mədəniyyət mərkəzi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən çox artefaktın saxlandığı 22 muzey, 4 rəsm qalereyası, 4 teatr, 2 konsert zalı zədələnib və ya məhv edilib.
Ermənistanın bu dağıdıcı siyasəti hələ də davam edir. BBC teleşirkətinin noyabrda nümayiş etdirdiyi kadrlarda işğal altında olan əraziləri üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq tərk edən ermənilər tərəfindən “azərbaycanlıların oraya gələ bilməmələri üçün” evlərin yandırılması aşkar görünür.
“Hesab edirik ki, Azərbaycanın müxtəlif mədəniyyətlərə və dinlərə həssas münasibəti ibrət götürülməli nümunədir. Bu gün bizim ölkədə azərbaycanlılarla birgə yaşayan minlərlə yəhudi və xristian müsəlman qonşuları ilə birlikdə öz dininə açıq etiqad edir, öz mədəniyyətini təbliğ edir.
2016-cı ildə Papa Fransisk Bakıda səfərdə olarkən müsəlman, yəhudi və xristian dini liderləri ilə görüşdə xüsusi qeyd edib ki, bu ölkədə “dinlərin qarşılıqlı münasibətləri və xoş niyyətləri əsasında harmoniya qurula bilməsi” təqdirəlayiqdir.
Biz bəzi şəxslərin uydurma ittihamlarını qəbul edə bilmərik ki, guya Azərbaycan xristian irsinə qarşı təhlükə mənbəyidir. Azərbaycanı işğaldan bu yaxınlarda azad edilmiş ərazilərdə xristian irsinə təhdid yaratmaqda ittiham edənlər nəzərə almalıdırlar ki, Azərbaycan ölkənin qalan ərazisində dini binaları bərpa edib və dini etiqad mərasimlərini təşviq edib”, - deyə Hikmət Hacıyev qeyd edib/Report.
Bölməyə aid digər xəbərlər

Bu gün, 17:24
Heydər Əliyev Mərkəzində caz konserti keçiriləcək
Bu gün, 10:22
Hollivudun məşhur aktyorundan bəhs edən film çəkiləcək
17-10-2025, 12:58
Milyarder iş adamı məşhur aktyorları qəzəbləndirib
17-10-2025, 11:45
Əkrəm Əylisli: "Bu mövzuda danışamaq mənim üçün çox çətindir”
17-10-2025, 08:58
“Kiss”-in məşhur gitaraçısı vəfat edib
16-10-2025, 11:36
Oğlu: "Ramiz Quliyevi dostum kimi yola salıram"
16-10-2025, 10:52
Əməkdar artist vəfat edib
16-10-2025, 10:27
Dünya şöhrətli iki aktyor yeni çəkilişdə... - Fotolar
16-10-2025, 09:22
Astana II Beynəlxalq Etnik Musiqi Festivalına hazırlaşır
15-10-2025, 11:08
Leyla və Arzu Əliyevalar Berlində sərgidə - Fotolar
15-10-2025, 11:00
Nazirlik Ramiz Quliyevin vəfatı ilə bağlı məlumat yayıb
15-10-2025, 10:15
Xalq artisti Ramiz Quliyev vəfat edib
15-10-2025, 08:32
Dördqat “Gremmi” laureatı 51 yaşında vəfat edib
14-10-2025, 09:52
Al Paçino "Ata Co" filmində baş rola çəkiləcək - Fotolar
14-10-2025, 08:48
“Ceyms Bond” filmləri silahsız təqdim olunub
12-10-2025, 09:00
Kino ulduzu "Tayler Reyk"-ə dönür
10-10-2025, 08:51
Məşhur aktyor Hollivud ulduzunun atasının obrazını yaradacaq - Fotolar
9-10-2025, 16:12
"Ouşenin 14 dostu" filminin çəkilişlərinə başlayırlar
9-10-2025, 15:13
Yazıçı Nobel mükafatına layiq görülüb
9-10-2025, 14:59
Xalq artisti Əminə Yusifqızı vəfat edib
8-10-2025, 07:56
Məşhur aktrisalara yeni filmdə rol verilib
7-10-2025, 10:30
UNESCO-da Azərbaycanın bəyanatı oxunub
6-10-2025, 11:24
Yadigar Muradovun vəziyyəti ağır olaraq qalır
3-10-2025, 17:45
Aytac Əlisultanlı yeni vəzifəyə təyin olunub
3-10-2025, 14:43
Arzu Əliyeva VII Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinə qatılıb
3-10-2025, 10:43
Xalq artisti Ramiz Quliyevin vəziyyəti ağır-stabil olaraq qalır
3-10-2025, 07:20
Yeni "Avatar" təxminən üç saatlıq film olacaq
2-10-2025, 18:08
Müğənni Səbinə Ərəbli Xankəndiyə köçüb
2-10-2025, 17:11
Hollivud ulduzu "Sığınacaq" qəhrəmanına çevrilib - Fotolar
2-10-2025, 07:13
Yeni filmdə əsas rolları məşhurlar oynayacaqlar
1-10-2025, 22:19
Heydər Əliyev Fondu xanəndənin müalicəsini nəzarətə götürüb
1-10-2025, 12:35
Şahbaz Xuduoğlu Bakıda kitab sərgisinə buraxılmayıb
30-09-2025, 16:12
Füzuli Dram Teatrının direktoru komaya düşüb
30-09-2025, 15:02
Tahir İmanov: "Allah kimisə ucaltsa, onu heç kim alçalda bilməz”
30-09-2025, 10:54
Teleaparıcı vəzifəyə təyin olunub
30-09-2025, 10:26
Cabir İmanovla vida mərasiminin yeri dəyişdirilib
29-09-2025, 11:16
TƏBİB: "Şairin vəziyyəti orta ağırdır"
26-09-2025, 16:42
Milli Qəhrəmana həsr edilmiş tamaşanın premyerası olub
26-09-2025, 16:13
Məşhur aktyorun fimi hitə çevrilib
26-09-2025, 13:29
Ordubadlı qəhrəmanlardan bəhs edən kitab işıq üzü görüb
26-09-2025, 10:58
"Leyli və Məcnun" operası əsasında film çəkilməsi təklif olunub
25-09-2025, 11:29
Əlisəmid Kürlə bağlı Mehriban Əliyevaya müraciət edilib
24-09-2025, 17:51
Nəsiminin qohumları Şamaxıya gəliblər - Fotolar
24-09-2025, 14:12
Stallone süni intellekt vasitəsilə "Rembo" olmaq istəyir
23-09-2025, 15:59
3300 il əvvəl hazırlanmış fit tapıblar - Fotolar
23-09-2025, 13:28
Masallıda antik dövrə aid küp məzar tapılıb
22-09-2025, 18:42
Yeni filmin çəkilişlərinə başlayırlar