18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Heydər Əliyev Fondu Qarabağdakı dini abidələrin bərpasına başlayıb - Fotolar
Tarix: 11-12-2020 21:14 | Bölmə: Mədəniyyət
Heydər Əliyev Fondu Qarabağdakı dini abidələrin bərpasına başlayıb

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən mütəxəssislər qrupu işğaldan azad olunan ərazilərimizdə ermənilər tərəfindən dağıdılan dini abidələrin, məscidlərin bərpasına dair layihə üzrə işlərə başlayıb.

Reyting.az
xəbər verir ki, Avstriyanın "Atelier Erich Pummer GesmbH" şirkətinin rəhbəri, memar Erix Pummer Ağdam məscidində olub və məscidin mövcud vəziyyətinə dair qiymətləndirmə aparılıb.

Xatırladaq ki, Heydər Əliyev Fondu Qarabağ ərazisində Azərbaycan xalqının milli sərvəti olan dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başlayıb. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcək. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanılıb.








Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}