Yazıçı-publisist “Humay” Milli Mükafatına layiq görülüb
Tarix: 17-12-2020 13:54 | Bölmə: Mədəniyyət
Yazıçı-publisist “Humay” Milli Mükafatına layiq görülüb

“Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyətinin və “Humay” Milli Mükafatı Akademiyasının təsis etdiyi “Humay” Milli Mükafatının 2020-ci il laureatlarının adları açıqlanıb.

Bu ödülü “Humay” Milli Mükafatı Akademiyası hər il cəmiyyətin müxtəlif sahələrində fərqlənən şəxslərə verir.

“Humay” heykəlciyinə bu dəfə mədəniyyət, musiqi, muğam, xoreoqrafiya, jurnalistika, kitab nəşrləri sahəsində uğurlu yaradıcılıq fəaliyyəti göstərmiş insanlar layiq görülüblər.

Tanınmış jurnalist, yazıçı-publisist Rafiq Hacıyev də laureatlar sırasındadır. O, milli instrumental ifaçılığı sənətinin görkəmli nümayəndəsi, unudulmaz tarzən Əhsən Dadaşovun həyat və yaradıcılığına həsr etdiyi “Əhsən sənə, Əhsən!..” portret-roman kitabına görə “Humay” Milli Mükafatına layiq görülüb.

Yazıçı-jurnalistin gərgin əməyinin məhsulu olan “Əhsən sənə, Əhsən!..” kitabı ötən il Mədəniyyət Nazirliyinin dəstəyilə “Şərq-Qərb” Nəşriyyat və Poliqrafiya Evinin mətbəəsində nəfis tərtibatla nəşr edilib.

Qeyd edək ki, mükafata namizədləri Azərbaycanın yaradıcılıq ittifaqları və “Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyəti irəli sürür. Laureatları “Humay” Milli Mükafatı Akademiyasının üzvləri müəyyən edirlər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}