18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Teatrın quruluşçu rejissoru mükafatlandırılıb - Fotolar
Tarix: 17-12-2020 20:09 | Bölmə: Mədəniyyət
Teatrın quruluşçu rejissoru mükafatlandırılıb

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının quruluşçu rejissoru Ər-Toğrul Kamalov İkinci Qarabağ müharibəsi zamanı informasiya sahəsində apardığı mübarizəyə və arxa cəbhədəki aktiv fəaliyyətinə görə "Voice of Karabakh" ("Qarabağın səsi") sosial platformasının təsisçiləri tərəfindən "Təşəkkürnamə" ilə mükafatlandırılıb.

Reyting.az
bildirir ki, bu barədə "Qarabağın səsi" layihəsinin təsisçilərindən olan Aqşin Hüseynli platformanın sosial şəbəkə hesablarında məlumat verərək onu "Ən gənc fəal" adlandırıb.

Ər-Toğrul Kamalov da ona göstərilən diqqət üçün layihə rəhbərliyinə minnətdarlığını bildirib və "Vətənim Azərbaycana xidmət edirəm!" şüarını paylaşıb.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}