16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
“Nu, poqodi!”nin ssenari müəllifi vəfat edib - Foto
Tarix: 21-12-2020 15:19 | Bölmə: Mədəniyyət
“Nu, poqodi!”nin ssenari müəllifi vəfat edib

Yazıçı və ssenarist Aleksandr Kurlyandski 83 yaşında Moskvada vəfat edib.

Reyting.az
Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Moskva şəhərində anadan olan Kurlyandski Kuybışev adına Moskva İnşaat Mühəndisliyi İnstitutunu bitirsə də sonradan animasiya ilə maraqlanıb.

Kurlyandski animasiya sahəsində fəaliyyətə “Nu, poqodi!” filmində qurdun dovşanı qovmasının ilk nömrəsi ilə başlayıb. O, "Möhtəşəm qoşa", "Azmış tutuquşunun dönüşü" və s. serialların ssenarilərini də yazıb.

Kurlyandski yumoristik hekayələr də qələmə alıb. Onlardan bəziləri “Eralaş” kinojurnalına daxil edilib.

Qeyd edək ki, Kurlyandski müxtəlif mükafatlar alıb. 1988-ci ildə isə SSRİ Dövlət Mükafatı laureatı olub.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}