Mədəniyyət Nazirliyi “Yurda Qayıdış: Qarabağ adətləri - ənənələri” layihəsinə start verib
Tarix: 23-12-2020 17:40 | Bölmə: Mədəniyyət
Mədəniyyət Nazirliyi “Yurda Qayıdış: Qarabağ adətləri - ənənələri” layihəsinə start verib

Qarabağın təkcə abidələri və mədəniyyət infrastrukturunu deyil, eyni zamanda tarixən bu torpaqlarda mövcud olan mədəni ruhu və əhval-ruhiyyəni bərpa etmək məqsədilə “Yurda Qayıdış Qarabağ adətləri - ənənələri” layihəsinə start verilib.

Mədəniyyət Nazirliyindən Reyting.az-a bildirilib ki, Azərbaycanın Qarabağ bölgəsi öz tarixi, zəngin maddi mədəniyyət abidələri, ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti, eləcə də xalq adət və ənənələri ilə fərqlənir.

Bütün bunlar isə bədii təfəkkür və yaradıcılığa müsbət təsir göstərən bölgənin istedadlı insanlarının, əsrarəngiz təbiətinin, iqliminin, təbii sərvətlərinin zənginliyinin nəticəsidir. Qarabağlıların zəngin yaradıcılıq xəzinəsində ən mühüm yerlərdən birini orada yaşayan insanların həyat və məişəti, gündəlik güzəranı ilə bağlı olan adət və ənənələri tutur.

Bu məqsədlə Mədəniyyət Nazirliyi Qarabağda yaşayan insanların milli köklərə söykənən dəyərli həyat tərzini yenidən canlandırmaq üçün tarixən bu torpaqlarda mövcud olan adət-ənənələr barədə ətraflı məlumatı (yazılı məlumat, xatirələr, foto və video materiallar) aşağıdakı email ünvanlarına (“mövzu” hissəsində layihənin adını qeyd etməklə) və ya nazirliyin rəsmi sosial media hesablarına təqdim etməyi xahiş edir: info@creative.az; pressmedeniyyet@gmail.com




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}