Gürcüstan parlamentində Tbilisidəki Azərbaycan teatrının məsələsi qaldırılıb
Tarix: 24-12-2020 17:26 | Bölmə: Mədəniyyət
Gürcüstan parlamentində Tbilisidəki Azərbaycan teatrının məsələsi qaldırılıb

Gürcüstan parlamentinin növbədənkənar iclasında Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət Dram Teatrının təmiri ilə bağlı məsələ gündəmə gətirilib.

Reyting.az
Report-a istinadla xəbər verir ki, deputat Savalan Mirzəyev ölkənin təhsil, elm, mədəniyyət və elm naziri vəzifəsinə namizəd Mixeil Çxenkeliyə məsələ ilə bağlı sual ünvanlayıb.

O xatırladıb ki, teatr mövzusunu qanunverici orqanda bundan öncə də qaldırıb.

Deputat mədəniyyət ocağı ilə bağlı hansı planların olduğu ilə maraqlanıb.

Qeyd edək ki, teatrın binası illərdir qəzalı vəziyyətdədir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}