16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
AzTV-də yeni Bədii Şura yaradılacaq
Tarix: 25-12-2020 11:58 | Bölmə: Mədəniyyət
AzTV-də yeni Bədii Şura yaradılacaq

"Bu gün Azərbaycan Televiziyasının Bədii Şurası aktiv fəaliyyət göstərir. Onların hər biri ilə birbaşa təmasım var. Bəzən efirdə veriliş gedə-gedə müzakirələr aparılır, problemlər üzə çıxarılır, biz də operativ olaraq nöqsanları aradan qaldırırq”.

Reyting.az
xəbər verir ki, bunu mətbuat konfransında "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov deyib.

R. Məmmədov artıq Bədii Şuranın 2 illik fəaliyyət müddətinin bitdiyini, 2021-ci ildə yeni Bədii Şura yaradılacağını bildirib.

Qurumun rəhbəri Azərbaycan Televiziyasının forma və məzmun baxımından da yenilənməsinə çalışdıqlaırnı qeyd edib: “Buna görə də yeni, dinamik aparıcıların dəvət edilməsinə çalışırıq. Təəssüf ki, pandemiya bizim də bir çox işlərimizə təsir edib, lakin bununla belə inkişaf dinamikasını qoruyub saxlamağa çalışırıq”.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}